Müsahibə sualları . TOP 50

interview-musahibe

       
       Bütün dünyada işəgötürmə prosesinin ən həlledici mərhələsi müsahibə sayılır. Müsahibə işəgötürən (HR) və namizəd arasında baş tutan şifahi ünsiyyət vasitəsidir . Hər bir şirkətin işə götürmə prosesi fərqli olur .  Bəzi şirkətlər (banklar , rabitə şirkətləri) ,  müsahibə götürməmişdən əvvəl namizədləri test mərhələsindən keçirir (əsasən riyazi-məntiq biliklər yoxlanılır) . Həmin test mərhələsini keçən namizəd müsahibə mərhələsinə daxil olur . Müsahibə - hər birimizin həyəcan keçirdiyimiz mərhələ də sayıla bilər , çünki , evdə rahat şəkildə müsahibəyə hazırlaşan namizəd müsahibəyə gəldikdə elə həyəcan keçirə bilər ki, nəinki öyrəndiklərini yaddan çıxarda , hətta öz dilində də çətin danışar .                                           Bəzən də HR tərəfindən elə qeyri-adi sual gələ bilər ki , namizəd elə müsahibə zamanı özünü itirə bilər və bu da sonda namizədin uğursuzluğuna gətirib çıxarda bilər . İşəgötürənlər namizədlərə ən zəif nöqtə olaraq vakansiya sualları verməkdən çox qeyri-adi ,mövzudan tam kənar əsasən də psixoloji suallarla namizədləri yoxlamağa üstünlük verir . Mən çox uzun-uzadı danışmaq istəmirəm istəyirəm ki , sizə məşhur  müsahibə suallarını paylaşım  . 
Qeyd :Tünd göy rəngdə qeyd elədiklərim ən çox verilən suallardır . 
  1. Özünüz haqqında nə deyə bilərsiz? - Ən çox verilən sualdır və bu suala ciddi hazırlaşmağı məsləhət görürəm əsasən də rus ingilis dilində də hazırlaşmağınız arzuolunandır .
  2.  Zəif tərəfləriniz (Bu mövzu haqda ayrıca məqaləm də var)
  3.   Müsbət xüsusiyyətləriniz hansılardır?
  4.    Mənfi xüsusiyyətləriniz hansılardır?
  5.    Hansı üstün keyfiyyətlərə malik olan insanlarla daha yaxşı işləyə bilirsiz və niyə?
  6.   Niyə bu işə sahib olmaq istəyirsiz? Sizi bu işə cəlb edən nədir?
  7.   5 il sonra özünüzü hansı vəzifədə görürsünüz ?
  8.   Yeni komandanın etibarını qazanmaq üçün hansı addımları atacaqsız?
  9.  Əgər, sizdən daha az biliyə malik olan bir rəhbərin tapşırığı altında çalışsanız necə hiss edərdiniz?
  10. Elə bir insan olubmu ki, sizin karyera inkişafınızın müəyyən pilləsində böyük təsiri olsun?
  11.   Sizin fikrinizcə, ideal şirkət necə olmalıdır?
  12. Bizim şirkətimizdə diqqətinizi nə cəlb etdi ?
  13. Gələcəkdə kariyeranızın necə inkişaf etməsini istərdiniz?
  14.  Hansı korporativ qurumlar sizi daha çox cəlb edir – sərt distiplinli, ya sərbəst?
  15.    Sizin maraq dairəniz nədir ?
  16.  İş tərzinizi necə təsvir edərdiz ?
  17.   İşdə münaqişə yaşamısınız?
  18.  Niyə məhz sizi işə götürməliyik?
  19.   Keçmiş iş yerinizdə sizi ən çox nə narahat edirdi?
  20.    Müdiriniz haqqında nə düşünürsüz?
  21.    Müsahibə alan şəxs kimi, məni necə qiymətləndirərdiz?
  22.    Mənə hansısa sualınız varmı? Bu suala ciddi hazırlaşmağınız məsləhətlidi .
  23.    Siz başqa namizədlərin edə bilmədiyi fərqli nələri edə bilərsiniz?
  24.    Keçmiş müdirinizin haqqınızda deyə biləcəyi üç müsbət fikir?
  25.    Keçmiş işinizdə sahib olduğunuz vəzifə öhdəlikləri?
  26.    Bu sahə haqqında nə bilirsiniz?
  27.    Bizim şirkətimiz haqqında nə bilirsiniz?
  28.    Şirkətimizə nəzərəçarpacaq töhfəni vermək üçün sizə nə qədər vaxt lazım olacaq?
  29.    Ezamiyyətə göndərilməyə necə baxırsınız?
  30.    Axırıncı dəfə rəhbərlik etdiyiniz layihə və onun nəticələri?
  31.    Bu işə qəbul olduqda qarşınıza hansı məqsədləri qoyarsınız?
  32.    Elə bir nümunə gətirə bilərmisiniz ki, sizdən tələb olunandan daha çoxunu etmisiz?
  33.    Vəzifə öhdəliklərini yerinə yetirməyən işçilərlə işləmisinizsə, bu halda necə davranmısınız?
  34.    Sizin şəxsi məqsədləriniz hansılardır?
  35.    Başqa insanlarda sizi qıcıqlandıran nədir və bunun öhdəsindən necə gəlirsiz?
  36.    Necə fikirləşirsiniz, işinizin ilk 30 günündə nə ilə məşğul olacaqsız?
  37.   Əgər siz bu vəzifəyə müsahibə keçirtsəydiniz, hansı xüsusiyyətlərə malik olan insanlara üstünlük verərdiniz?
  38.  Bu karandaşı mənə satın.(satış sahəsində çalışmaq istəyənlərə bu sual verilə bilər )
  39.  Əgər mən sizin rəhbəriniz olsam və sizə tapşıracağım işin müəyyən qismindən narazı olsaz, bu zaman nə edərdiniz?
  40. Nəyə görə cari işinizdən getmək istəyirsiniz?
  41.  Boş vaxtlarınızda nə ilə məşğul olursunuz?
  42.  Rədd cavablarına necə reaksiya verirsiniz?
  43. Nəyisə yanlış etdiyiniz bir vəziyyətdən danışın. Mövcud problemi həll etmək üçün nə etdiniz?
  44.  Özünüz haqqında mənə bilmək istəmədiyim nəyi danışa bilərsiz?
  45. Niyə məhz bu ixtisas sahəsini seçmisiniz? Bəzən ixtisasına uyğun olmayan yerə işə qəbul olmaq istəyən namizədə verilən sualdır . Məsəlçün Geologiya ixtisasını qurtarıb satış sahəsində çalışmaq istəyənlərə bu sual verilir . 
  46.  Necə düşünürsünüz, yaxşı və ya pis lider hansı keyfiyyətlərə malikdir?
  47.  Sizdə olmayan hansı üç müsbət xüsusiyyəti deyə bilərsiz?
  48.  Sizə həlli çətin olan məsələni eləməyi tapşırsaydılar, onun öhdəsindən necə gələrdiz?
  49.  Əgər mən sizin müdirinizə əlavə hazırlıqla bağlı sual versəydim, hansı kı sizə lazım ola bilər o mənə nə təklif edərdi?
  50.  Əgər sizə günün sonuna çatdırılması mümkün olmayan bir neçə məsələni həll etmək tapşırılsaydı, nə edərdiz?
  51.  Özünüzü təkminləşdirmək üçün hansı vəsaitlər və üsullardan istifadə edərsiniz?



Yorum Gönder

0 Yorumlar