Sürücülük vəsiqəsinə necə hazırlaşmalı ? II hissə İmtahan sualları + FOTO

suruculuk-vesiqesi-2cihisse


Əvvəlki yazıda sürücülük vəsiqəsi imtahanı haqqında məlumatlar verildi və psixoloji cəhətdən hazır olmaq ən birinci şərt , qətiyyətli və məqsədli olmaq isə 2-ci əsas şərt kimi qəbul olunur .
II hissədə imtahan hazırlaşmaq metodu və hansı hissələri oxumaq haqqında məlumat verəcəm .
Talıbovun 150 səhifəlik kitabını oxumaqla , hətta əzbərləməklə  imtahanı keçmək olmur . İmtahanda uğur qazanmaq üçün kitab oxumaqla yanaşı 3 əsas faktora əməl etməlisiniz :
1) Talıbovun  TEST KİTABÇASINI işləmək və
2) sukan.az saytında olan 220 imtahan sualı
3) AZPDD proqramını telefona yükləmək və boş vaxtlarda 1400 sualı işləmək .

Qeyd : Əgər siz sukan.az saytında olan 220 imtahan sualını səhvsiz və ya 1 səhvlə işləsəz onda imtahana hazırsınız . 

İndi keçək imtahana düşən suallarına ...
Mən ilk dəfə imtahan verəndə fikirləşdim ki , yəqin çətin suallar salarlar . Amma bu belə deyil . Tamamilə heç gözləmədiyim asan suallar düşdü . İmtahanı çətinlik səviyyəsinə bölsəm onda belə bir situasiya alınırdı :  60 % asan ... 20 % orta ... 20 % çətin .

1) Talıbov kitabını diqqətli oxuyun . Bəzən mötərizənin içindəki qeydləri oxumamaqla imtahanda işimizi çətinləşdiririk . Həmin o qeydlər imtahan sualına salınır . Məqsəd hamıya aydındır .Qeydlərin düşmə ehtimalını 60ın 40a nosbəti ilə götürün və mənə belə sual düşməmişdir .

2) Rəqəmlə , faizlə olan hissəyə fokuslanın . 
Qeydlərdə olduğu kimi DYP insanları imtahandan kəsmək metodu kimi rəqəm və faizləri görür . Çalışın bu hissəyə də diqqət yetirin . İmtahanda 1 sual rəqəmlə əlaqəli sual düşür . Şəkil



3) Anatomiyanı oxuyun 
Anatomiya olan hissəni vaxta qənaət etmək üçün çoxları oxumur ya da oxumaq istəmirlər . Amma bir imtahan sualının məhz orda düşəcəyini nəzərə alsaq o hissəyə diqqət yetirin !! Hətta DYP "cinsiyyət orqanı neçə  % yandıqda yanıq xəsarəti sayılır ? " tipli sual da sala bilər .


4) Kitabda verilən şəkillərə hətta içindəki yazılara da  fikir verin və şəhərdə , rayonda , magistralda hər NV üçün sürət hədlərini də öyrənməyi unutmayın .

5) Ən son cərimə məbləğini əzbərləmək  yadınızdan çıxmasın . Hər il Milli Məclis İnzibati xətalar məcəlləsi və Yol hərəkəti haqqında qanuna çoxlu dəyişikliklər edir . Bu da öz növbəsində cərimə rəqəmlərinin dəyişməsinə gətirir çıxardır . Çalışın ən son cərimələri öyrənin . ( Məsələn bu il Vergilər Nazırliyi fevral ayında keçirdiyi imtahana 1 ay əvvəl elədiyi 200 dəyişikliyə aid imtahan sualları salmışdır .) DYP da bu formada imtahan keçirir , çalışın bu sahədə operativ olasınız .

6) Sukan.az saytında ilk dəfə test imtahanı versəz , çoxlu səhv etmə ehtimalınız olacaq , necəki bu məndə olmuşdur ( 220 testdən 76 səhv ) . Bu saytla soyuqqanlı davranın .. 

7) Bakıda olmayan amma DYP-nin imtahanına düşən tramvay sualı .....
Həmişə yadda saxlayın ki , bu sual imtahana hər dəfə düşür . Səbəb imtahandan kəsmək ..
Ona görə tramvay bölməsini diqqətlə oxuyun .. Hansı hallarda tramvay digər NV-lərə yol verməlidir .onu beyninizin içinə salın . Bəzən çaşdırmaq üçün bu hissədən də sual sala  bilərlər .

8) Kobud çıxacaq amma deməyə məcburam , imtahan zalında özünüzü "erməni" kimi aparın .  İmtahan verərkən çox güman yanınızda heçnə oxumayan biri otura bilər . O sizdən soruşsaki nəsə bilirsən ? Deyinki  : yox . Yaxşı oxumamışam . Elə-belə mırta gəlmişəm deyin . Nə olar olar ? Tutar qatıq tutmaz ayran !
Onsuzda siz imtahanı keçsəniz həmin adam sizi təqib edib yada qisas almayacaq və 5 dəq əvvəl sizə dediyi söz də yadından çıxacaq .

9) Heç kimə boylanmayın yada kömək istəməyin ! Polis işçiləri 1 dəfə xəbərdarlıq edib 2-ci dəfədən sizi zaldan çıxara bilər .

10) Sizə uğurlar arzulayıram və 9 düz cavabdan sonra mənim kimi sizin qarşınıza da Yaşıl ekranın çıxmasını arzulayıram ))) P.S. (sevincimdəm yadımdan çıxdı o Yaşıl ekranın şəklini çəkim . )

Aşağıda imtahan suallarımı sizə təqdim edirəm :
Təəsüf ki , 1 sual yadıma düşmədi 9 sual isə dəqiq bu formada düşüb :








İmtahanda bu sualın tərsi düşmüşdür . Minik avtomobili ilə üzbəüz DYP işçisi
 dayanıb və bu sualı soruşurdu cavabında isə Yolayıcını birinci keçməlisiz cavabı idi







Yorum Gönder

11 Yorumlar

  1. Bu yorum bir blog yöneticisi tarafından silindi.

    YanıtlaSil
  2. Ele gözel maraqlı yazmısız.Hələ soruşana yox deyin hissəsi gülümsətdi.Allah sizində köməyiniz olsun inşaAllah sağsalamat sürəsiz maşınınızı

    YanıtlaSil
  3. Xahiş edirəm mümkündürsə əlaqə nömrənizi qeyd edin inşaAllah köməyiniz ehtiyacım var.Özüm hazırlaşmaq istəyirəm DQ-na.Sullarım var

    YanıtlaSil
  4. Məsləhətləriniz üçün təşəkkürlər.Lap yerinə düşdü.İnşaAllah ki,məndə özüm alaram sürücülük vəsiqəsini.Sizədə uğurlar.Yolunuzda həmişə yaşıl işıq yansın.

    YanıtlaSil
  5. salam.sukan.az səhifəsin tapa bilmirəm,köməy edə bilərsiz bu barede?

    YanıtlaSil
  6. Hər həftənin şənbə günü imtahan olur?
    Birdə yezda yazılı imtahandan neçə müddət sonra olur?

    YanıtlaSil
  7. Məndə 2012ci ilin Talıbov testi var. Yenisini alıb hazırlaşmalıyam?)))

    YanıtlaSil
  8. Məsləhətləriniz üçün çox təşəkkür edirəm adamda motivasiya yaradır👍

    YanıtlaSil
  9. cox gözəl izah etmisiz. Yazdıqlarınız mənim üçün çox faydalı oldu ki necə hazırlaşım. Təşəkkür edirəm

    YanıtlaSil