Dövlət qulluğu müsahibəsinə müəllimsiz necə hazırlaşmalı? Mən keçdim - 2025


Dövlət qulluğu müsahibəsinə müəllimsiz necə hazırlaşmalı? 2025

Dövlət qulluğu müsahibəsinə müəllimsiz necə hazırlaşmalı?

Dövlət qulluğunun imtahanı öz spesifikliyi ilə seçilirsə müsahibəsi də özəlliyi var. 

Dövlət qulluğunda MÜƏLLİMSİZ testi necə keçməyimlə bağlı məqalə və test toplusunu buradan oxuya bilərsiniz. 


Dövlət qulluğunun müsahibəsi nədir?

Dövlət qulluğunda işləmək üçün test və müsahibə mərhələsini keçmək lazımdır. Testdə keçid balını yığan hər bir şəxs 5 il sertifikat müddətində müsahibəyə getmək hüququ qazanır.

Müsahibədə ildə 5 dəfə PULSUZ müsahibədən keçmək hüququnuz var. Əgər 5-dən çox olarsa  o zaman test imtahanı ödənişinin yarısı qədər ödəniş etməklə müsahibədə iştirak edə bilər.


dovlet qullugu imtahan qiymetleri


Müsahibə qiymətləndirilməsi necə aparılır?

Müsahibədə keçid balı 16-nı yığan hər bir şəxs müsahibəni keçmiş sayılır.

 Müsahibədə iştirak etmiş namizədin vakant vəzifəyə uyğunluğu 

“bilik səviyyəsi”, 

“peşə hazırlığı”, 

“ümumi dünyagörüşü” 

“vakant vəzifə üçün zəruri olan keyfiyyətlər” kimi meyarlar


əsasında qiymətləndirilir. Hər bir qiymətləndirmə meyarı üçün ən yüksək bal 5, ən aşağı bal isə 2-dir.

Bu o deməkdir ki, maksimal 20 bal, minimal 8 bal yığa bilirsiniz. 


Mən necə dövlət qulluğu müsahibeni keçdim?


2021-ci ildən müəyyən fasilələrlə müsahibələrə hazırlaşaraq 8 dəfə kəsiləndən sonra 9-cu dəfə keçdim.
Sertifikat imtahanlarını verəndən sonra müsahibənin asan olmayacağı mənə deyilmişdir.

İlk müsahibələrim daha çox kəşfiyyat xarakterli olub. Məqsədim müstəqil ekspert, şöbə müdiri və DİM nümayənsdəsi tərəfindən nə tip sualların verdiyini öyrənmək lazım idi. 

Müsahibələrdə yığdığm maksimal ballar 13, 14 olmuşdur amma ondan yuxarı qalxa bilmirdim. 

Müsahibəni keçmək üçün 1-ci faktor 
İlk imtahandan kəsilməyi gözə almaq və HƏVƏSDƏN DÜŞMƏMƏK. 
Bilməlisiz ki, müsahibə götürənlər elə suallar verə bilər ki, ağılnızdan da keçməz. 


Müsahibəni keçmək üçün 2-ci faktor  - Bütün mövzuları oxumaq!!! 
Hər bir vakansiyada ümumi, vəzifə və oqran suallarını əzbərə öyrənmək! İzah aşağıda veriləcək 


Müsahibəni keçmək üçün 3-cü faktor - GEYİM 
Qeyd edim ki, geyim faktoru 50/50yə dəyişir. 
Məsələn AAK-da mən özəl sektorda geyindiyim geyimlə gəlmişdim və müsahibəni keçmişdim və şobə müdiri də sərbəst geyimdə idi.

Dövlət qurumunda müsahibə götürən şöbə müdirindən asılı məsələdir. Elə müdir ola bilər ki, xüsusən yaşlı nəsil nümayəndəsi, o məsələn kostyuma fikir verə bilər. 

Əgər kostyumla aranız yoxdursa onda sizə tövsiyəm - AĞ cemper/köynək altdan cins və ya qara şalvar.

Çünki müsahibə onlayn olduğu üçün şalvar görünmür amma köynək önəmlidir.Saqqalı da qırxıb və ya azmaz saxlayıb gedərsiniz.





musahibe neticeleri
musahibe neticeleri 2

Dövlət qulluğu müsahibesinde vacib nüanslar


Müstəqil ekspertin verdiyi suallar -  hər bir blok üzrə suallar verə bilər. 33% Dünyagörüşü, 20% vəzifə, 10% orqan sualları, Ümumi suallar 37%

DİM işçisi - Konstitusiya, vəzifə öhdəliyi, dünyagörüşü sualları verir 

Orqan rəhbəri isə ancaq vəzifə sualları verir ki, onların hamısını oxumaq lazımdır.


Sizəə bu məsələdə ödənişli konsultasiya verməyə hazıram. 
Burada sizə dünyagörüşündə nələrə fikir vermək lazımdır və hazırlaşma metdoikasını izah edəcəm.
Müsahibənin son gününə kimi dəstək olacam.

0557967612 - Əlaqə + Wp