Sürücülük vəsiqəsinə necə hazırlaşmalı (I HİSSƏ)

suruculuk_vesiqesi_1cihisse

         Sürücülük vəsiqəsi hər bir kişinin son zamanlar isə  bir çox xanımın əsas cehizi sayılır . Sürücülük vəsiqəsinin ölçüləri və çəkisi  çox kiçik olduğu qədər  onu əldə etmək çox ağır və böyük zəhmət tələb edən işdir . Mən özüm bu sürücülük vəsiqəsini öz hesabıma (tanışsız , ancaq yezdaya pul verməklə) əldə etmək üçün nə az nə çox düz 80 gün vaxt sərf etdim və zəhmətimin bəhrəsi olaraq 20 dekabr 2014-cü ildə nəzəri imtahanı BİR DƏFƏYƏ keçməklə özümə Yeni il hədiyyəsi etdim. Bu məqalədə Sürücülük vəsiqəsinə ən çox düşən suallar , imtahanda mənə düşən suallar , imtahandan sonrakı proseslər , hazırlaşma metodu ilə bağlı öz fikirlərimi sizinlə bölüşəcəm . BAŞLADIQ !!
Sürücülük vəsiqəsini əldə etmə yolları  – Azərbaycanda sürücülük vəsiqəsi 3 yolla əldə olunur :
1)Nəzəri və təcrübi imtahanı özün keçməklə. Demək olar ki , 99.5% bu hal mümkün deyil ,əgər bu ölkə Azərbaycandırsa .
2)Nəzəri imtahanı öz hesabına  keçib təcrübi imtahana(yezdaya)  pul verməklə . (hal-hazırda başa salacağım üsul)
3)Nəhayət ən “rahat” üsul kimi   tanışlıq , böyük miqdarda pul verməklə əldə etmək olur . 3-ci üsulu sizə başa salım : sürücülük vəsiqəsinin qiyməti regionlara görə və hansı kateqoriyanı əldə etməsinə görə dəyişir . 2014-cü ildə dəqiq yadımda idi , o vaxt atam sürücülük vəsiqəsinin qiymətini öyrənəndə təkcə B kateqoriyalı pravanın qiymətinin  750-800 azn arası dəyişdiyini demişdir . (P.S o vaxt 1dollar=0.78azn idi)
Hal-hazırda manatın 2 dəfə devalvasiya keçirdiyini nəzərə alsaq , təbii ki , sürücülük vəsiqəsinin qiymətinin artması istisna olunmur . Hal-hazırda əldə etdiyim məlumata görə Bakı qeydiyyatı olan və B kateqoriyalı pravanı əldə etmək istəyən  1000-1100 azn arasında ödəniş etməli olacaq . B C kateqoriyanın hansı qiymətdə olduğunu  tam dəqiq bilməsəm də 1200-1500 azn arasında dəyişdiyini təxmin edə bilərəm . Bu üsula o qədər də önəm verməyin və keçək hazırlıq mərhələsinə ...
İmtahana aid ödənişlər və qeydiyyat : Birinci dəfə imtahan verən hər bir Azərbaycan vətəndaşı avtoşkolaya getmədən 20 azn ödəməklə imtahana girə bilər (Ödəniş imtahan günü ödənilir) . Əgər birinci imtahandan kəsilsəz onda növbəti imtahanlara 10 azn ödəyəcəksiniz . DYP sizə 2 dəfə avtoşkolaya getmədən imtahana girməyə icazə verir . 2ci dəfə də imtahandan kəsilsəz onda avtoşkolaya getməli olacaqsınız və avtoşkola sizin imtahana giriş vaxtını özü təyin edəcək . ( 3 il əvvəl B kateqoriyası üçün 50 azn idi , indi xəbərim yoxdur neçəyədi .)
Birinci və ikinci dəfə imtahan verən şəxslər  Qeydiyyatda olduğunuz MEROya (Qeydiyyat imtahan şöbəsinə ) yaxınlaşmaqla şəxsiyyət vəsiqəsi və tələbə bileti varsa tələbə bileti ilə gəlib və polis kapitanının sizə verdiyi nüsxəni götürüb imtahana girişlə bağlı ƏRİZƏ yazacaqsınız . Həmin sənədləri təhvil alan kapitan sizi həftənin ŞƏNBƏ gününə imtahana çağıracaq . Ümumiyyətlə Birinci və ikinci dəfə imtahan verən şəxslər ancaq ŞƏNBƏ günü imtahan verir !
  Psixoloji hazırlıq və imtahana hazırlaşmaq üçün vəsaitlər : Bu ən vacib mərhələdir , çünki bu mərhələyə hazır olmayan elə indidən pulunu hazırlasın . Yəqin bu frazaları çoxumuz eşitmişik : ( Əşşi nə hazırlaşırsan pul ver can rahatı . Qaqa inan elə çətin suallar düşür ki , super oxusan da keçə bilmərsən . Qəsdən elə suallar salırlar ki , kəsiləsən ona görə məsləhətlisi pul verməkdir . ) Bu tip fikirlərə qətiyyən uymayın !!!  Sadəcə olaraq özünüzə inanın ,məqsədli və səbrli olun . Beynivizdə elə fikirləşin ki , universitetə qəbul olursuz və bu imtahan üçün bir şansınız var və valideynlərin şablon ifadələri olan ( uniyə girməsən gözümə görsənmə ) kimi ifadələri arada bir yadınıza salın . Bu məqalədə mənə düşən imtahan suallarını paylaşacam və imtahanın nə qədər asan olduğunu görəcəksiniz (əla hazırlaşanlar üçün)
Qeyd etdiyim kimi mən imtahana 80 gün hazırlaşdım . Çoxları deyə bilər ki , 150 səhifəlik Talıbov kitabına 80 gün sərf etmək nəyə lazımdır ?
-          Əgər fikirləşirsiniz ki,  Talıbovun kitabını əzbərliyib imtahanı keçəcəmsə demək siz imtahana yox məhz kəsilməyə doğru gedirsiz . Bu kitabı oxumaq işin ümumi 30 faizidir . Talıbov kitabının yanında gözəl göyçək TALIBOVUN TEST KİTABÇASI var (2013-cü ildə 55 bölmə və hər bölmədə 20 test ümumilikdə 1100 test idi indi sayı artıb ) Vaxtımın böyük hissəsini məhz bu test aldı . Üstəlik bu hələ son deyil . İnternetdə SUKAN.AZ saytı var və o saytda imtahan suallarına aid nümunə var (220 test -  22 bölmə hər bölmədə 10 sual ) . Mən sizə deyərdim ki , bu imtahan sualları 0 səhvlə işləyən artıq imtahana gedə bilər . O vaxt yadımda idi 220 testi işləyəndə cəmi 1 səhvim çıxmışdır və ondan sonra atama didim ki , DÖYÜŞƏ HAZIRAM . Əgər evdə olmamaq ucbatından  hazırlaşa bilmirsizsə  onda Mobil proqramları yüklüyüb test işləyə bilərsiz (AZPDD – mən məsləhət görürəm ! və ТЕСТ ПДД Азербаиджана bu da məsləhətlidi ) . Talıbov kitabını əvəz etməsə də onun elektron versiyalı kitabı da var DYP Qanunlar və Cərimələr yazıb yükləyə bilərsiniz .Bu kitab mən sürücülük vəsiqəsini əldə etdikdən sonra çıxdı. Hətta  www.talibov.az saytı da sizin  köməyiniz olacaq .


Yorum Gönder

2 Yorumlar