Salam, hər birinizə
Mən sizə dövlət qulluğunun nə qədər əhəmiyyəti olduğu haqqında danışmayacam. Əsas mövzu əlavə xərc çəkmədən müəllimsiz dövlət qulluğu test imtahanına necə hazırlaşmalı olduğu haqda məlumat verəcəm.
Özüm haqda
Mən 2 ay müddətində (Yanvar-Mart 2021) Dovlet qullugu BA kateqoriyası üzrə imtahana hazırlaşdım. BA kateqoriyası imtahanı sadə imtahan deyil və keçid balı yüksəkdir (84 bal minimal keçid), üstəlik 20 dənə açıq sualın olması işi qəlizləşdirir.
Mən imtahanı 2ci dəfədən keçdim (1-ci dəfə 83 bal yığaraq 1 balla kəsilmişdim 😡, 2ci dəfə 94 bal yığdım 👌)
30 aprel 2023-cü ildə BB imtahanına işləyə-işləyə minimal vaxta 1 aya hazırlaşaraq 100 baldan 83 bal yığaraq BB1 səviyyəsi yığdım.
BB imtahanına hazırlaşarkən 65 yox yüksək yığmağa çalışın. Çünki siz aşağı yığsaz aşağı maaşlı yerlərə gedə biləcəksiniz.
![]() |
Dövlət qulluğu BA 2021 Nəticələrin qrafik təsviri |
![]() |
Dövlət qulluğu 2023 BB Nəticələrin qrafik təsviri BB1 yığan 120 adamdan biriyəm |
BA kateqoriyası üzrə bal bölgüsü
Dövlət qulluğu 4 blokdan ibarətdir: Ana dili, Qanunvericilik,İnformatika,Məntiq.
Sillabusları bu linkdən yükləyə bilərsiz: 👉 Proqramlar
100 sual var: 80 qapalı sual və hər sual 1 bal verir, 20 açıq sual və hər sual 2 bal verir.
Cəmi maksimal bal - 120 bal
P.S. (Təsəvvür edin: açıq sualları heç birini yazmasaz imtahandan kəsiləcəksiz 😅)
Fənnlərin çətinlik dərəcəsi (ardıcıllıqla)
İmtahan prosesi və cavablar
- İmtahanda həyəcanınızı boğursuz və imtahanı verirsiz.
- İmtahanda buraxılış vərəqəsini və şəxsiyyət vəsiqəsi ilə gəlirsiz.
- Cavab kartını düzgün doldurun
- Mən başlayanda 1ci - Ana dili, 2ci-İnformatika, 3-cü Qanun, 4cü Məntiqi işlədim.
- Cavablar iş günü çıxır. (6cı gün vermisizsə 1ci gün çıxacaq, 5ci gün vermisizsə 5ci gün)
Dövlət qulluğunda bilməli olduğunuz nüanslar:
- İmtahana hazırlaşan vaxtı hansı qanun layihəsi təsdiqlənibsə SON VERSİYANI oxumaq lazımdır
- Kəsilsəz kefinizi pozmayın. Mən 1 balla kəsiləndə 3 gün özümə gəlməmişdim. Amma prinsipə düşdüm dedim ki keçməliyəm və keçdim.
- BB kateqoriyasını 1 aya işləyə işləyə hazırlaşmaq olar. BA kateqoriyası üçün vaxt çox ayırmaq lazımdır
- İmtahanı keçməsəniz qlobal hadisə baş verməyəcək.
- Mütləq şəkildə DQ üzrə məşhur teleqram kanalına üzv olursuz https://t.me/dqsavjam
- Ödənişli imtahan olduğu üçün ciddi hazırlaşın.BA- 94AZN BB- 82AZN
- Qanun Məntiqə vaxt çox ayıracaqsız amma İnfo Ana dilini unutmamaq şərtilə.
- Sertifikat (kağız) sərəncam verildikdən 1 ay müddətinə verilir, amma sərəncam verildikdə onlayn qüvvədə olur. Sertifikat 5 illikdir.
Sosial medianı izləyin