Müsahibədə Sizin ən zəif tərəfiniz ? sualı verildikdə bu cavabları vermək lazımdır .

whats-your-greatest-weakness


Hamımız müxtəlif idarə və şirkətlərdə müsahibədə iştirak edirik və hər bir idarə , təşkilatın özünə uyğun müsahibə keçirmə qaydası olur . Bəzən elə şirkətlər olur ki , vakansiya ilə əlaqəli suallar yox , məhz mövzudan tam ayrı psixoloji suallarla namizədi yoxlamağa çalışır . Məsələn , Sizin bu həyatda ən əsas hədəfiniz ? , Zəif tərəfləriniz , Dostluğa önəm verirsiz yoxsa yox ? , İnsanlar ən çox nədə sizi qınayır ?  və s.
İndi mən sizə müsahibədə verilən suallar içərisində ən nüfuzlu sual sayılan Sizin ZƏİF tərəfləriniz ? sualına ən optimal cavabları  təqdim edəcəm .


I mərhələdə  biz bu sualın mahiyyətini başa düşməliyik . Zəif tərəflər dedikdə bu sizin qolunuzun zəif , turnikdən 5 dəfə dartınmaq , gözünüzün zəif olması və yaxud eybəcər olmaq anlamını vermir . Zəif tərəflər sırf sizin iş həyatınızda və ya hər hansı bir işə verdiyiniz reaksiyada hansı səhvləri etdiyinizi əks edir . Hər bir HR çalışır ki , sizin zəif tərəfini təyin etsin  . Zəif tərəfinizin olması sizin zəif olması anlamına da gəlmir Müsahibədə özünüzü çox saf və dürüst də göstərmək düzgün deyil . Məsələn əgər siz desəz ki , "Mən özümə çox qapalıyam insanlarla münasibətə çox zəif girirəm " onda bu cavab HRın xoşuna gəlməyəcək və elə təsəvvür edin ki , müsahibəni keçmədiz .

Siz daima bu sualı özünüz - özünüzə verməlisiz və təyin etdiyiniz zəif tərəfi hansı yolla güclü tərəfə çevirə biləcəyinizi təyin etməlisiz .

II mərhələdə müsahibə zamanı sizə verilən biləcək ZƏİF tərəfləriniz sualına bir sıra nümunələr gətirəcəm .
1) Bir işi həll etmək üçün  çox vaxt ayırıram deyə bilərsiniz . Amma bu cavab HRı heç cəlb etməyə bilər . NİYƏ ? Məsələn sizə 3 iş veriblər və həmin işləri həll etmək üçün sizə 15 gün vaxt veriblər . Əgər siz birinci işi 15 gün vaxt ayıracaqsızsa onda digər işləri həll edə bilməyəcəksiz .
Əgər bu cümləni dəyişib " Mən bir işi həll etmək üçün özümə interval təyin edirəm və həmin interval başa çatdıqda digər işə keçirəm " formada  desəniz onda HR başa düşəcək ki , siz punktualsız və işinizi səlis görə biləcəksiniz .
2)  Bəzən HRlar  müsahibə zamanı uzunmüddətli fasilə elan edirlər . Məqsəd sizin səbrli olub-olmamağınızı yoxlamaqdır , bu zamanda siz də qarşılıq olaraq gözləyin .
3) Bəzən mən özümü lider yerinə qoyuram hətta mən lider olmasam belə .  Bu cavab təbii ki , HRın xoşuna gələcək çünki şirkət rəhbəri əgər işgüzar səfərə gedibsə onda siz onun yerinə müvəqqəti təyinat ala bilərsiz . Bu cavabla siz bu şirkətin inkişafı rəhbər üçün əvəzolunmaz bir şəxs statusunu bərkitmiş oldunuz .
4)  İstirahətə az vaxt ayırıram öz işimə çox üstünlük verirəm . Bu cavab tam da olmasa HRı cəlb edə bilər . İndiki zamanda heç bir şirkət tənbəl və yatmağa əyləncəyə üstünlük verən adamı işə götürməz . Onlara sadəcə rəhbərin tapşırıqlarını yerinə yetirəcək şəxslər lazımdır nəinki bütün günü Facebookda İnstragramda gün keçirən şəxslər .
5) Əvvələr mənim təşkilatçılıq qabiliyyətim yox idi amma bir sıra treyninqlərdə onalyn videolar vasitəsilə vaxtın idarə edilməsini öyrənəndən sonra  təşkilatçılıq qabiliyyətim inkişaf  etdi .
Bu cavabla siz HRa sübut  etdiniz ki , mən öz zəif tərəflərimi güclü tərəfə çevirə bilirəm .
6) Bəzən HR sizi çaşdırmaq məqsədilə saydığınız zəif tərəflərdən savayı digər zəif tərəflərinizi saymağınızı tələb edəcək . Bu zaman  suala aşağıdakı cavabı vermək lazımdır :
Fikirləşirəm ki , saydığım zəif cəhətlərdən başqa digər zəif tərəfim yoxdur . Özümü analiz edərək və dövrümüzün gündən-günə dəyişməsini nəzərə alaraq  (nümunə olaraq ) 4 zəif tərəfimlə kifayətlənirəm . Siz HRa sübut etdiniz ki , mən ancaq 4 zəif tərəfimlə mübarizə aparıram və onları güclü tərəfə çevirməyə cəhd göstərirəm .
P.S : Əgər sizin saydığımdan savayı digər zəif tərəfləriniz varsa onları tam araşdırın və özünüzə sual-cavab  edin və HRı cəlb edən cavabla onları cavab atəşi ilə susdurun :))
Hər birinizə müsahibədə UĞURLAR !

Yorum Gönder

1 Yorumlar

  1. Super. Çox sağolun. Həqiqətən çox faydalı oldu.

    YanıtlaSil