TikTokda kəşfetə necə düşə bilərəm?

 

tiktokda nece kesfete dusum ?

TikTokda kəşfetə necə düşə bilərəm? 

Salam dostlar, 

Bu dəfəki mövzumuz TikTok keşfetə düşmək haqqında olacaq. Öz təcrübəmdə rastlaşdığım halları deyəcəm.

1. Cəlbedici başlıqlı sözlərin yazılması 

Eyni video qoyub başlıqda cümlənin fərqli olması baxış sayınıza ciddi təsir edəcək. O bissəyə ciddi fikir verin 


2. Düzgün saatda paylaşmaq 

Öz hesabınızda Analitika bölməsinə daxil olduqdan sonra  hansı saatlar sizdə aktivdirsə o vaxt paylaşın. Adətən aktiv saatlar axşam 7-11 arası olur. 


3. Hashtaglardan istifadə edin 

Hər postda mövzuya uyğun və ya ümumi ən güclü hashtaglardan istifadə edin 
minimal 4-5 ədəd



4. Paylaşımdan sonra 1 saat TikToka girməyin 

Əvvəl mən də mif olduğunu bilirdim. sonra bunun həqiqət olduğunu aşağıdakı video ilə test etdim.



5. İnsanları maraqlandıran mövzulara toxunun  

400K baxış yığdığım video ilə mən qızdırmanı DƏRMANSIZ salmağın 2 yolunu dedim və partlatdım. 



6. Danışanda sürətli və fasilə vermədən danışın və mövzuya keçin.

eeeeeeeeeee, ııııııııııııı, 4-5 saniyə salamlaşsaz, sizin video maraqsız gələcək. 
Nəzərə alın ki, ilk 1-2 saniyə önəmlidir.


7. Arxa fon və musiqi mövzuya uyğun olmalıdır

Diş pastası haqda videoda mən diş pastası videosu və ağır metallik musiqi qoymuşdum və keşfetə düşdü.