Puberfoniyaya qalib gəldim! İncə səs problemi necə həll edilir?

Puberfoniya ince səs problemi


Salam əziz dostlar. 

Bu postu yep-yeni səsimlə yazmağı qərara gəldim. Əvvəla görək bu puberfoniyanın rəsmi tərifi nədir?

Puberfoniya və ya mutasional falsetto —  yeniyetməlik çağında ortaya çıxan, müalicə edilmədiyi təqdirdə irəli yaşlara qədər davam edə bilən, səs pərdəsinin anormal səthdə olması, pərdə qırılmaları və tək pərdədən danışma ilə xarakterizə edilən səs problemi.

Məndə bu problem 8-9cu sinifdən meydana gəlib. Müəllimlər və valideynlər hər dəfə "Fuad bərkdən danış eşitmirik" sözü çox işlədirdilər. 

Əvvəl uşaq olduğum üçün tam anlaya bilmirdim. 

Və beləcə 2 universitet incə səslə bitirdim və üstəlik 3 iş yeri də dəyişdim. Orda da ara sıra ilişdirdilər səsimə. Bərk danışmaqdan utanırdım. 

Bəzi insanlar var idi "Fuad sənin səsinə nolub" demələri və telefonla danışanda mənə XANIM demələri məni hiddətlindirməyə başladı. 

Son 1 ildə insan səsinə fikir verməyə başlayanda gördüm ki səsimdə nəsə var. 2021in dekabrında Gözümü əməliyyat edəndə belə həkim səsimdə problem olduğunu dedi. Və bu söz artıq 2022ci ildə səsi həll edəcək il olacağımı rəsmən elan etdim.

MÜALİCƏ HARADA VƏ KİMLƏR TƏRƏFİNDƏN APARILIR?

Əvvəl problemin kökünü araşdırdım, daha sonra xəstəxana həkim axtarışına başladım. 

Sən demə Foniatr sahəsi Azərbaycana yenicə daxil olub. :))

Yeganə bu problem LOR hospitaldaölkə üzrə 3 həkim həll edir. Dilşad Şadlinskaya, Ramin Həşimli və mənim səsimi müalicə edən Kamil Süleymanov. 

Açığı desəm foniatr sahəsi o qədər zəifdir ki, bu həkimləri bir yerdə tez-tez görə bilərsiz 

3 həkim arasında yeganə fərq qiymətdə olur.

May 2022ci il üzrə qiymətlər belədir:

Dilşad Şadlinskaya - 45azn qəbul, 450azn müalicə

Ramin Həşimli - 55azn qəbul, 700azn müalicə

Mənim doktorum Kamil Süleymanov - 40azn, 100azn LAX VOX aparatı, 105azn müalicə


MÜALİCƏ NECƏ APARILDI?

Mənim diaqnozum yüngül olduğu üçün yaxşı qurtardım. Siqaret çox çəkənlər bəzən əməliyyata getməli olurlar... 
Bəlkə inanmazsız amma müalicə prosesi 30 dəqiqə və heç bir əməliyyat dərman olmadan bitdi bəla. O otaqda mənim vəziyyətimi görsəydiz... BARİTON SƏSİM BƏRPA OLUNDU!
1 ay ərzində LAX VOX cihazı ilə aşağıdakı səs məşqləri etmək lazımdır. 

1ci seansdan sonra 
HUUUUUUUUUUUUUUUUUU
HU 1 HU 2 .... HU 10

2ci seansdan sonra 

HU HU HUUUUUUUUUUUUU
HUUUUUUUUUUUUUUUUUU
HU 1 HU 2 .... HU 10

Suya üfürəndə yanaqlar mütləq tərpənməlidir, oturaq və ya ayaq üstə dayanmış vəziyyətdə başı dik halda səs məşqi edilir. 

LAX VOX aparatı  + Sirab butulkası


Əsas məsələ siqaretdən uzaq olmaq, anqırmaq, qışqırmağı azaltmaq lazımdır. 

Bu qədər...Səslərim qalıb əvvəlki və sonrakı səslər kiməsə maraqlı gəlsə göndərə bilərəm.


Diqqətiniz üçün təşəkkürlər!