Excimer göz lazer əməliyyatı etdim | Etdirməyə dəyər ya yox? | Geniş icmal



Lasik excimer emeliyyati


Salam hər kəsə,

Bu gün mən sizə son dövlər geniş yayılan eynəkdən azad olma əməliyyatı olan Excimer Lazer əməliyyatı (LASIK) əməliyyatı haqda danışacam. Çalışacam 1 pasient olaraq gözümdə olan dəyişiklikləri sizə sadə dildə çatdırım.

Eynək nə vaxtdan taxdım?

Özüm 16 yaşından, 2011-ci ilin martından eynək taxıram (Sol göz -2.25 Sağ göz -2.0) və gözüm zəifləyə- zəifləyə gedirdi. Universitet hazırlığı + kitab oxumaq nəticəsi olaraq, 2014-cü ildə gözümə yeni eynək alanda hər ikisi -0.5 artdı.(Sol göz -2.75 Sağ göz -2.50). Və bununla zəifləmə dayandı.

Əməliyyat haqda (tibbi baxımdan)

Açığı deyim, əməliyyat haqda kifayət qədər məlumat var mən sizə 1 link atıram həkimin fikirlərini oxuyarsınız.


Keçdiyim proseslər

Həkim araşdırması

Çoxlu araşdırmalardan sonra mən Anar Abdullayevin üzərində dayandım. Düzdür, çoxlu sayda həkim var və hər qiymətə tapmaq olar (800AZNdən-1500AZN-ə kimi)

Əməliyyat xərci 

Mən pulda qənaət etməyərək gözün vacib orqan olduğunu nəzərə alaraq Spero Hospital (Şamaxinkada)  Anar Abdullayevə müraciət etdim. Qeyd edim ki, əməliyyata tam xərcim aşağıdakı kimi olub. 

LASİK Əməliyyat (2 göz) - 1300 AZN
Qan analizi - 20 AZN (Hepatitə qarşı lazım olur. və damardan götürülür qan)
Həkim qəbulu və kornea topoqrafiyası (gözün xərtiəsi) - 60 AZN

Digər xərclər (dərman+gün eynəyi)
RayBan 😎 - 20 AZN
Visionlux-21.50+15.60+16.70= 53.80AZN (fərqli aptekdə fərqli qiymət)
Moksi-R - 10.88+10.88=21.76AZN
Deksam RF - 4.55+4.55=9.10AZN

CƏMİ digər xərclər - 84.66AZN

TAM xərc-  1464.66AZN

Əməliyyata qədərki proses

1. Əvvəl qəbula yazılırsız həkim GÖZÜNÜZÜN ƏMƏLİYYATA UYĞUN OLMAMASI bilməlidir. 
2. Sonra gözü müayinə otağında yoxlayırlar 
3. Sonra kornea topoqrafiyası edirsiz. 
4. Həkim nəticələrə baxaraq yekun qərar verir. 

kornea topoqrafiyasi



Goz xeritesi (kornea topoqrafiyasi)



Qeyd: Anar doktorun əsas özəlliyi odur ki, gözünüz əməliyyata uyğun olmasa o Sizi əməliyyat ETMƏYƏCƏK!

5. Əgər gözünüz əməliyyata uyğun olsa onda 3cü gün əməliyyata gedəcəksiz.(əksəriyyət 3cü gün olduğu üçün 1ci gün müayinəyə getməyiniz tövsiyyə olunur.
6. Məndə göz quruluğu olduğu üçün mənə Visionlux dərmanı 2 saatdan bir tökməyi tövsiyyə edib. 

Əməliyyat günü və 2 saat gözlədiyim əməliyyat

15 dekabr 11:30da əməliyyatım olmalı idi amma Spero Hospitalda hər yerdə olduğu kimi 2 saat gec əməliyyat  başladı. Əməliyyat günü sakitləşdirici dərman verdilər və Əməliyyatın ödənişini etdim. 
2 saat keçdi və mən receptiona TƏPİNDİM ki, əməliyyat 2yə kimi olmasa PULU GERİ ALACAM! 
Gec olmağın səbəbi başqa lazer həkimlərin çəkiliş aparmasıdır. 

5 dəq artıq mənə dedilər gəl əmliyyat otağına. 

Qeyd edim ki, bütün lazer edənlər eyni aparatlardan istifadə edir (hərəsinin öz aparatı yixdur)

Xalatı və baş örtüyünü geyindim və getdim 20 dəqiqəyə İŞİ bitirdilər!

Əməliyyat günü gözə 1 günlük KONTAKT LİNZA taxırlar ki, gözə toz düşməsin. 

Başıma gələn kuryoz hadisə - Sol gözün yenidən korreksiya olması 

Hər 2 gözə linzanı qoyulandan sonra evə getdim. Sağ gözüm problem olsa da, günorta gəlib yatandan sonra sol gözümdəki linza YERİNDƏN OYNADI. 
Sol gözümü açıb-bağlayanda linzaya toxunurdu. İncitməsə də, diskomfort verirdi və sol gözümün bərpası dayanmışdı (yəni bulanıq görürdüm) 

Sabah gəldim SOL gözümü yenidən korreksiya etdilər və linzanı yenidən taxdılar. 

Əməliyyatdan sonra gözə qulluq qaydaları və qadağalar❌

1. Əməliyyatdan 3 gün ərzində  əlinizə TELEFON VƏ KOMPYUTER götürmürsuz!! Dünyadan özünüzü təcrid edirsiz. 
2. Ağır və yüngül idmanla məşğul olmursuz
3  Küçədə 1 müddət gün eynəyi ilə gəzirsiniz. (toza tüstüyə qarşı) - mən məsələn 
4. Lazerli gözə su şampun sabun dəyməməlidir.
5. Ağır yük qaldırmrsız
6. 2-3 gün işə getmirsiz.
7  Əməliyyatdan sonra 1-2 gün maşın sürmürsüz 
8  1 həftə çimmək tövsiyyə olunmur. (Mən 8 gün çimmədim 😀)
9. Bir müddət gündən və açıq işıqdan özünüzü qoruyun.

Əməliyyatdan sonra normalda gözdə nə olacaq?

1. Göz qızartısı 
2. Bulanıqlıq - minimum 10 gün, max 1 ay çəkəcək. Bəzi həkimlər instagramda 1 gün sonrakı nəticəni paylaşırlar ki, göz sıfırlanır. 
Onlar düz deyirlər amma gözün real olaraq sıfırlanmış yeni doğulan uşaq kimi görməyiniz üçün 10 gün dözməyniz lazımdır.
3. Səhər yuxudan duranda gözə çirk yığılması və göz qabağının çətinliklə açılması (kirpiklərin yapışması). . Çünki dərman tökürsüz.

Əməliyyatdan sonrakı təəsuratım (ilk 10 GÜN - 15.12.2021-25.12.2021)

İLK gün 

1. Yuxarıda qeyd etdiyim 3 dərmanı ilk 3 gün 2 saatdan bir tökəcəksiz, 3 gündən sonra gündə 4 dəfə tökəcəksiniz. (səhər,günorta,axşam,gecə)
Dexam və Moksi R 2 həftə, Visionlux - 2 ay tökəcəksiniz.
2. İlk 2-3 gün gündə mən gözə çox ciddi qulluq edirdim və sizə inandırım saatbasaat gözümün bərpa . olunuduğu görmək ayrı hissdir.😀
3. Səhər yuxudan duranda gözün bərpa olunduğunu bulanıqlığın azaldığını görürdüm. 
4. Maşın nömrələri, evdəki yazıları oxuya bilirdim və Obyektləri canonda çəkilən kimi dəqiq görürdüm.
5.  1 gün sonra həkimə gedirsiz və gözünüzdəki linzanı çıxardacaq, linzadan sonra göz daha da aydınlaşır (məndə sağ göz 1 gün sonra, sol göz məlum səbəbdən 3 gün sonra çıxarıldı)

3-cü gün-10cu gün

3-cü gün həkimə getdim və gözümü yenə müayinə etdilər. 
Gözümün nəticəsi 
Sol göz \  -0.25
Sağ göz \ -0.50

3cu gun - neticesi


Nəticənin səbəbini soruşanda mənə səbrli olmağı və bulanıqığın keçəcəyini dedi. 

8-ci gün 
Artıq Çimməyə başladım. Məndə üzgüçülük eynəyi olduğu üçün çimərkən əvvəlcə ayrıca başımı yudum.. Sonra bədəni ayrıca yumağa başladım. 1 ay bu formada çiməcəm. 

9-cu gün. 
Yenə həkim yoxlanışına getdim. Artıq bulanıqlıq TAM olmasa da yoxa çıxıb. 

Gözümü müayinə etdilər və rəqəmləri oxumağa başladım və oxudum da. 
NƏTİCƏ - 120% 😻

10-cu gün 
Artıq metroda avtobusda qara eynək taxmadan dayanıram. 

Əməliyyatdan sonrakı təəsuratım (26.12.2021-15.12.2022)


11-40-cı gün 
11-ci gün - artıq kompyuterin qabağında qara eynəksiz otururam. 

30-cu gün - Gözümü müayinə etdilər və rəqəmləri oxumağa başladım və oxudum da. 
NƏTİCƏ - 150% 😻

30-cu gün  - qara eynək taxmağı tam DAYANDIRDIM və üzgüçülük eynəyi taxmadan çimirəm gözlərimi su ilə yumağa başlamışam.

Qeyd: Bundan sonra çalışın gözünüzü bərk ovuşdurmayın və gözünüzə şampun dəyməsin. 


180-cı gün 

20 may 2022-ci ildə yenə Həkim yanına getdim analizlər normal çıxdı. Sadəcə məndə göz quruluğu olduğu üçün Ömrümün sonuna kimi göz dərmanı yazdı. 19.90AZN olan Naviate  dərmanı gözü nəmləndirir. Gündə 2 dəfə istifadə edəndə 2 ay gedir.

Göz quruluğunun səbəbi işimlə bağlıdır. Kompüter qabağındayam 

360-cı gün 

15 dekabr 2022-ci ildə yenə Həkim yanına getdim analizlər normal çıxdı. Görməm 150%dir.  Həkim ildə 1 dəfə yanıma gəlib gözü yoxladırmağı dedi. 


Vacib Qeyd

2. Hər həkimin öz yanaşması və siyasəti var. Yazdığım dərmanlar və həkim yanaşması digərlərində fərqli ola bilər.
3. Əməliyyat məcburi yox, könüllü xarakter daşıyır. Kosmetik əməliyyat desək, daha yaxşı olar.



Yorum Gönder

0 Yorumlar