Google My Business (GMB) - Lokal SEO aləti olaraq şirkətlərin əsas talismanı sayılır.
Çünki saytı olmayan bir şirkətin ofisi varsa, demək GMB hesabını açmaqla öz biznesini təşviq edə bilər.
GMB hesabının olması pulsuz marketinq aləti olmaqla bir növ sosial şəbəkə rolunu oynayır.
Üstünlükləri ilə bağlı ayrıca məqaləm olacaq amma bu üstünlüklərdən istifadə etmək üçün biznesini təsdiqləmək ən vacib faktor sayılır.
Əgər biznesini təsdiq edə bilməmisizsə onda üstünlüklərə baxmasaz da olar.
GMB hesabını yaratmaq üçün:
1. Şirkət adına olan gmail hesabınız olmalıdır.
2. Google Business saytına daxil olub Sign up etməlisiniz.
3.Lazımi məlumatları düzgün qeyd etməlisiniz.
ƏSAS Məsələ bundan sonra başlayır -
14 gün məsələsi və postcard :)
P.S (İnternetdən nümunə götürülüb)
Azərbaycanda GMB hesabı açarkən Google sizə 14 gün postcard (bağlama) gözləməyi tövsiyyə edir ki, 99% postcardlar deyilən tarixdə gəlmir. Bəzən aylarla gözləməli olursan.
Tövsiyyəm odur ki, postcardı heç kim gözləməsin çünki postcardların izləmə kodu olmur, o üzdən siz bilmirsiniz postcard Amerikadadır yoxsa gömrükdə.
Tez həll etmək üçün Google sizə video call verification metodunu təklif edir.
Mən özüm işlədiyim şirkətdə bu üsulu sınadım və nəticəsi müsbət oldu.
0 Yorumlar