Google Tag Manager Preview Mode problemi - Optimal Həll yolları


Goigle tag manager - preview mode



Google Tag Manager (GTM) ən effektiv analitika metodlarından biridir. GTM kodu saytın Header və Body əlavə etməklə yanaşı bir sıra extensionlara  əlaqə verməklə saytı lazımsız kodlardan azad etmək olur

Keçək əsas məsələyə.

Bəzi hallarda GTM-də Preview Mode bir çox kompyuterlərdə açılmır və aşağıdakı videoda belə hal yaşanır. GTM-də Preview kliklədikdən sonra belə ekran gəlir.
Google Tag Assistantda isə  saytda tag firing qırmızı rəngdə göstərirdi işdə isə yaşıl rəngdə.


Təsəvvür edin ki, mən iş yerində rahat aça bilirəm amma evdə olanda tərsliyə salıb açılmırdı.
Google mütəxəssisə də müraciət etdim və cavabında mənə interneti yandırıb-söndürməyimi təklif elədi.

Mən bu problemi yaşayanlara ən optimal həll yollarını təklif edəcəm və onlardan biri 100% tutacaq:

  • Google Chrome silib təzədən yazmaq - Hamımızın aktiv istifadə etdiyi Chrome silmək hər adamın əli gəlmir amma belə vəziyyətdə bu riskə də getmək lazımdır. 
    • Silməmişdən qabaq bütün favorit səhifələri sinxronizasiya edin ki  təzədən Chrome yazanda itirməyəsiz.
    • Siləndən sonra kompyuteri hər ehtimala Restart edin.

Əgər Chrome silmək istəmirsizsə;

  • İnterneti söndürün və 1 dəqiqə ərzində sönülü qalır sonra təzədən yandırın
  • Chrome-da keşi təmizləmək (CTRL+F5 və ya CTRL+SHİFT+R)
  • Chrome-da 3rd party cookie-lərə icazə vermək 
  • Chrome-da bütün extensionları silin və Adblock varsa onu tag manager üçün söndürün
    • Ola bilsin ki Adblock tipli  extensionlar GTMin Debug mode təhlükə saydığı üçün onu açmağa imkan vermir.
  • Ən təsirli metod olan Google öz DNS serverlərini kompyuterə əlavə etmək.

Hər birinizə uğurlar! Sualınız olsa verə bilərsiz.