77-727 MOS Excel imtahanında müəllim yanında getmədən necə 900+ yığa bilərəm?



Excel_imtahani_mosexam


Salamlar

Mən heç bir müəllim yanına getmədən, məsləhət almadan maksimal 1 həftəlik hazırlıqla 77-727 MOS Excel imtahanından 1000 baldan 977 bal yığdım.


microsoft_excel_

Deyəcəksiz ki, müəllimsiz mümkündür mən isə deyirəm HƏ!

Çalışacam ki, müəllimin pulla verdiyi məlumatı 1 məqalədə lakonik formada yazım!

Əvvəlcə sizə qeydiyyat və ödəniş proseduru haqda məlumat verim.

Məkan - 77-727 MOS Excel imtahanını Certiport mərkəzində verə bilərsiz. Azərbaycanda Certiport imtahanlarının rəsmi mərkəzi Edutech şirkətidir. (Abşeron otelin arxasında Yeni Hayat binasında 3-cü mərtəbədə yerləşir / 28 may metrosu yaxın metrodur)

Ödəniş – 1 dəfəlik imtahan 65 dollar (111 AZN ) , Retake ilə 85 dollar (145 AZN).

Mən müəllimsiz hazırlaşmağımı nəzərə alaraq riskə getməmək üçün Retake ilə götürdüm.  Retake üstünlüyü odur ki, kəsilsəniz 5 dəfə imtahan verə bilərsiz.

Ödənişi onlayn (Hesab.az və ya e-pul.az ilə) və ya terminalla edə bilərsiz. Mən kartla elədim e-pul.az ilə. Rahat şəkildə onlayn edin.  15000 bonus da gəldi ))

Hesab açmaq -

 İmtahanda iştirak üçün MÜTLƏQ şəkildə certiportda hesab açmalısız.
Sayta daxil olaraq hesab açırsız. Hesab yaradanda məlumatları düzgün qeyd edin.
MİDDLE NAME (ata adı)  yazmayın! Əks halda sertifikatda Fuad Faiq Abdullayev yazılacaq.
Adlarda soyadlarda Ə,Ö,Ğ,I,J,İ,C,Ü hərfi varsa onların yazılışına ciddi FİKİR VERİN (Məsələn Jalə -  Zhala)
Hesab login və parolunu unutmayın. Sizə imtahanda LAZIM olacaq!
 

İMTAHAN Strukturu

İmtahan 50 dəqiqə çəkir. Mən 30 dəqiqəyə bitirdim.
İmtahanda 5 və ya 7 project olur. Və hər birində 4-5 TASK olur.
İmtahana düşən sualların siyahısı - Yükləyin!

İMTAHAN MATERİALI

https://www.youtube.com/watch?v=0wCCN_ab5Gk  2018-ci ilin videosudur.


Aşağıda atdığım linkdə isə real imtahan formasında imtahan sualları verilib.



Videoların köhnəliyinə fikir verməyin!

Sizə əmin edirəm ki, videodakı suallardakı cümlələrin strukturu mənim verdiyim imtahandakı ilə eynidir. Hətta mən imtahanda şoka düşdüm ki, lap nöqtəsinə kimi eynidir.

Videolara 3-4 dəfə baxın. Artıq əzbərləyəcəksiz.

 

İMTAHANDA Həssas məqamlar

·        IF funksiyası – Əgər sizə COUNTIF, SUMIF, AVERAGEIF və ya IF-ilə sual düşübsə formulan fx-ilə YAZIN!

Əks halda əgər siz klaviatura ilə yazsanız sistem onu qəbul etməyəcək!


iffunction



·        Dırnaq işarəsi – Sizə sual düşür ki, Worksheet-in adını dəyiş yaz “Fuad”. Bu zaman dırnaqsız Fuad yazın.

Amma IF funksiyasında isə şərtin nəticəsini DIRNAQLA yazın (məsələn =IF(H20>10;”Fuad”;”Abdullayev”)

·        Navigate to cell - Ən çox səhv edilən yerdir və o Clipboardın altında yerləşir.

Navigate_to_cell



·        Excel faylını import etmək – Sual düşəcək ki, A11 xanasına Fuad.xlsx faylını əlavə et. Faylı import edəndə next eləsək bütün data 1 xanaya düşəcək. O artıq səhv olacaq.

İmport edəndə Delimited by – Comma seçin o zaman altda datalar sütünlara düşəcək. və axırda FINISH edin.

 ·        IN shaded açar sözlər – Bəzən cümlə uzun ola bilər amma köməkçi sözlər bizim köməyimizə çatacaq.

İn shaded sözü görsəz gedin Table - - Banded rows və ya columns seçin məsələ onunla bitdi.

 Mən fikirləşirəm ki, bu yazdıqlarım sizə çox kömək edəcək. Nəsə sualınız olsa pulsuz formada cavablandırmağa hazıram!

Yorum Gönder

0 Yorumlar