Azərbaycanda xidmət sektorunda fəaliyyət göstərən müəssisələrdə tətbiq olunan strategiyalarin təhlili

Bank-sektoru-analiz

2004-2014-cü illər ölkədə aparılan ciddi iqtisadi islahatlar maliyyə sektorunda da özünü təzahür etməyə başladı. Maliyyə bazarlarının tənzimlənməsi üzrə normativ hüquqi baza hazırlanmış və onun beynəlxalq təcrubəyə uyğunlaşdırılması istiqamətində işlər aparılmışdır. AMB-nin məlumatına əsasən, 2014-cu ilin sonuna məcmu kapital 4,3 milyard manat olmaqla, ÜDM-in 7,3 faizini təşkil etmişdir, həmçinin illik bank kreditləşməsinin orta illik artım tempi 30 % təşkil etmişdir. M
ərkəzi Bankın məcburi ehtiyat norması 2004-cü illə müqayisədə 2014-cü ilin sonuna 10%-dən 2%-ə endirilmişdir. [2]
2015-ci ildə manatın kəskin ucuzlaşması və neftin qiymətlərinin aşağı düşməsi bank sektoruna da təsirsiz ötüşmədi. Banklarda əmanətlərin dollarlaşmasının 50%-dən 80%-ə qalxdı, problemli kreditlərin həcmində ciddi artımlar qeydə alındı. Bir sıra bankların Məcmu Kapitalın Adekvatlıq Əmsalı (MKAƏ) Mərkəzi Bankın qoyduğu minimal normativlərin cavab vermədiyi üçün həmin bankların sayı 43-dən 30-a endirildi, ümumi bank işçilərinin sayı 20 % azaldı.
Korporativ idarəetmə standartlarının aşağı səviyyədə olması, bankların restrukturizasiya prosesinə və zərərlə işləyən bankların konsolidasiyaya az meylli olması, strateji planın tərtibatında buraxılan ciddi səhvlər zərərli bankların hələ də bazarda qalmasına və maliyyə sektorunda ciddi şəkildə risklərə səbəb olmuşdur. Düzgün tərtib olunan strateji plan bankı böhrandan çıxaran ən əsas amillərdən biri sayılır.
Bank strategiyası – qarşıya qoyulan hədəflər, vəzifələr və məqsədləri təyin edən fəaliyyətin konseptual əsasıdır. Bank strategiyası gələcək bazarlara, məhsullara, təşkilati strukturlar, menecerlər üçün onların fəaliyyət riskləri ilə əlaqəli qərarların qəbul edilməsi üçün istiqamətləndirici rol oynayır eyni zamanda ümumi bank menecmentinin sisteminin fundamentidir. Strategiya özündə bankın missiyasını təmin etmək və hədəflərə çatmağa kömək edən detallı və hərtərəfli kompleks plan təqdim edir. [5]
Bankın strateji planını informasiya nöqteyi cəhətdən müəyyən etmək çox çətindir. Buna baxmayaraq strateji planı özündə bir sıra komponentləri əlavə etməlidir :
-    Bankın missiyası  marketinq tədbirlərinin həyata keçirilməsinin birinci mərhələsində təyin olunur və strateji planlaşdırmada geniş istifadə edilir.
-  Bazarın indiki vəziyyəti özündə bankın fəaliyyət göstərdiyi ayrı seqmentlərdə vəziyyəti əks etdirməlidir.  Hər seqmentin bazar-istehsal xüsusiyyətinin istifadəsi ilə tədqiqatı strateji planda bazar cəlbediciliyi səviyyəsini xarakterizə edən faktorları əks etdirir və yalnız bu və ya digər seqmentlərin keyfiyyətinə uyğun nəticələri formalaşdırır.
- Bankın strategiyasına təsir edən faktorların qiymətləndirilməsi, rəqabətin qiymətləndirilməsinin daha çox vurğulandığı strateji planın ən vacib komponentlərindən biridir.  Bu qiymətəndirmə bazar imkanları analizi mərhələsində, daha dəqiq desək bankın mikromühiti analizində aparılır. Planda bankın zəif və güclü tərəflərinin göstərilən xidmətlərin keyfiyyəti və qiymətlərinə uyğun dəqiq analizi aparılmalıdır. 
- Təsərrüfat portfelinin strateji inkişafı bankın fəaliyyət göstərdiyi hər bir bazar iştirakçısı üçün investisiyanın prioritet istiqamətlərini təyin edir. Amma əsaslandırılmayan formada vəsaitlərin yatırımı çox az əhəmiyyət daşıyır. Elə ona görə də strateji plan dəqiq formada bazarın hər bir iştirakçısı və vəsaitlərin ölçüsü üçün dəqiq hədəfləri formalaşdırılmalıdır.
- Təhlükə və imkanların qiymətləndirilməsi.  Strateji plan özündə bazar təhlükələrini qiymətləndirilməsini, həmçinin bankın hərəkət etdiyi və ya etmək istədiyi hər bir seqmentdə məqsəd və vəzifələrə çatmaq imkanlarını özündə əks etdirməlidir. Bu qiymətləndirmə bazarın mövcud vəziyyəti və rəqabətə əsaslanır. 
İndi isə A şirkəti üzərindən tətbiq olunan strategiyanı təhlil edək [3] (cədvəl 1):

Cədvəl 1
A bankın əsas maliyyə göstəriciləri

Göstəricilər (mln manatla)
Bank sektoru
A Bankı
A Bankın xüsusi payı
Aktivlərin həcmi



01/01/2016
34906.0
663.5
1.90%
01/12/2016
31030.0
467.5
1.50%
Artım tempi
-11,1%
-29.5%

Kreditlərin həcmi



01/01/2016
21199.5
401.7
1.89%
01/12/2016
16444.6
143.8
2.51%
Artım tempi
-22.4%
-35.2%

Depozitlərin həcmi



01/01/2016
15409.5
261
1.69%
01/12/2016
16563.0
232
1.40%
Artım tempi
+7.48
-11.1%


















Cədvəl 1-də A şirkətində 2016-cı il üzrə bank sektorunun ümumi vəziyyəti təhlil edilmişdir. Təhlil zamanı məlum olmuşdur ki, aktivlərin bank sektorundakı payı 2015-ci ilin sonuna 1.90% təşkil edirdisə, 2016-cı ilin sonuna bu rəqəm 1.50% təşkil edir. Manatın devalvasiyası nəticəsində əhalinin kredit götürmə qabiliyyətinin aşağı düşməsi, Azərbaycan Beynəlxalq Bankında (ABB) gedən restrukturizasiya prosesi bütün bank sektoru ilə yanaşı A şirkətinin aktivlərinə də təsir göstərmiş oldu. Kredit portfelinin həcminin ümumi bank sektorundakı payına baxdıqda 2015-ci ilin sonuna 1.89% təşkil edirdisə, 2016-cı ilin sonuna bu rəqəm 2.51% təşkil etdi. Depozitlərin həcminin ümumi bank sektorundakı payına baxdıqda 2015-ci ilin sonuna 1.69% təşkil edirdisə 2016-cı ilin sonuna 1.40% təşkil etdi. Buna əsas səbəb kimi bankların bağlanması fonunda əhalinin banklara olan inamının azalması, A şirkətinin faiz dərəcələri  çox aşağı olması ilə bağlı olub.Kapital vəziyyətini təhlil etsək görərik ki, bankın vəziyyəti mükün normativ tələblərə tam cavab verir. Belə ki, A şirkətin I dərəcəli kapitalının həcmi Mərkəzi qoyduğu normativdən 2 dəfə, məcmu kapital əmsalı isə minimal normadan 1.7 dəfə çoxdur, ani likvidlik əmsalı isə minmal normadan 4 dəfə yüksədir.
A şirkəti mövcud şoklardan özünü qorumaq üçün gələcək strateji planında bir sıra məqamlara toxunub və bunlar aşağıdakılardır:
-     İnternet bankinqi təkmilləşdirmək və mobil bankinqdən istifadəni genişləndirmək;
-     İpoteka kreditinə, o cümlədən sosial ipoteka kreditinə yönəldilən vəsaitlərin həcmini artırmaq;
-     Kredit qoyuluşunun əsas hissəsini iqtisadiyyatın real sektoruna yönəltməklə biznesin inkişafına dəstək vermək;
-     Plastik kartlar bazarında bazar payını 0,05%-dən 1%-ə kimi qaldırmaq, beynəlxalq ödəniş sistemlərinin tamhüquqlu üzvü olmaq və s.

İndi isə B şirkəti üzərindən tətbiq olunan strategiyanı təhlil edək [4] (cədvəl 2):

Cədvəl 2  B bankın əsas maliyyə göstəriciləri

Göstəricilər (mln manatla)
Bank sektoru
B bankı
B bankın xüsusi payı
Aktivlərin həcmi



01/01/2016
34906.0
322,1
0.92%
01/12/2016
31030.0
285,9
0.92%
Artım tempi
-11,1%
-11.2%

Kreditlərin həcmi



01/01/2016
21199.5
277.1
1.30%
01/12/2016
16444.6
217.2
1.32%
Artım tempi
-22.4%
-21.6%

Depozitlərin həcmi



01/01/2016
15409.5
85.43
1.69%
01/12/2016
16563.0
92.69
1.40%
Artım tempi
+7.48
+8.49%

















Cədvəl 2-də B şirkətində 2016-cı il üzrə bank sektorunun ümumi vəziyyəti təhlil edilmişdir. Təhlil zamanı məlum olmuşdur ki, aktivlərin bank sektorundakı payı 2015-ci ilin sonuna 0.92% təşkil edirdisə, 2016-cı ilin sonuna bu rəqəm dəyişməyərək 0.92% təşkil etdi. Son illər ölkə iqtisadiyyatında baş verən iqtisadi şoklar B şirkətinin aktivlərinə təsir göstərmədi. Kredit portfelinin həcminin ümumi bank sektorundakı payına baxdıqda 2015-ci ilin sonuna 1.30% təşkil edirdisə, 2016-cı ilin sonuna bu rəqəm 1.32% təşkil etdi. Depozitlərin həcminin ümumi bank sektorundakı payına baxdıqda 2015-ci ilin sonuna 1.69% təşkil edirdisə 2016-cı ilin sonuna 1.40% təşkil etdi. Buna əsas səbəb kimi bankların bağlanması fonunda əhalinin banklara olan inamının azalması, B şirkətinin faiz dərəcələri  çox aşağı olması ilə bağlı olub.Kapital vəziyyətini təhlil etsək görərik ki, bankın vəziyyəti mükün normativ tələblərə tam cavab verir. Belə ki, B şirkətin I dərəcəli kapitalının həcmi Mərkəzi qoyduğu normativdən 7 dəfə, məcmu kapital əmsalı isə minimal normadan 4 dəfə çoxdur, ani likvidlik əmsalı isə minmal normadan 2 dəfəyə yaxın çoxdur.
A şirkəti mövcud şoklardan özünü qorumaq üçün gələcək strateji planında bir sıra məqamlara toxunub və bunlar aşağıdakılardır:
-          Mobil bankinqdən istifadəni genişləndirmək və internet bankinqi daha da təkmilləşdirmək;
-          İqtisadiyyatın real sektoruna kredit qoyuluşlarının sayının artırılması;
-          Bank fəaliyyətinə görə ilk 5-liyə düşmək;
-          Plastik kartlar bazarında bazar payını 0.5%-dən 2%-ə qaldırmaq və bu pay üzrə ilk 10-luğa düşmək;
-          Bankın xərclər strukturunda inzibati və ümumi xərclərin həcminin 3 dəfəyə kimi azaltmaq.

Nəticə: Əgər biz sağlam dayaqlara malik, iqtisadiyyatımızın şah damarı olan  bank və digər maliyyə təşkilatlarını görmək istəyiriksə aşağıdakı məsələləri həll etməliyik:
Ø  Bank sisteminin  kapitallaşması və likvidliyin təmin edilməsi,
Ø  Qeyri-işlək aktivlərin restrukturizasiya planının işlənib hazırlanması,
Ø  Maliyyə inklüzivliyinin yüksəldilməsi,
Ø  Emitentlər və maliyyə bazarı vasitəçiləri üçün əlverişli mühitin yaradılması,
Ø  İnvestorların maliyyə bazarlarına çıxışın əldə edilməsi,
Ø  Banklararası pul bazarında aktivliyin artırılması,
Ø  Banklarda daha sağlam risk idarəetməsinin təmin edilməsi,
Ø  Bankların rəqəmsal transformasiyasının sürətlənməsi üçün tənzimlənmə mexanizminin təkmilləşdirilməsi,
Ø  Banklara qoyulan minimal nizamnamə kapitalının artırılması,
Ø  Zərərlə işləyən bankların konsolidasiya proseslərinin hüquqi mexanizminin işlənib hazırlanması.

Yorum Gönder

0 Yorumlar