Azərbaycanda avtomobillərin sayı niyə azdır?

avtomobil-sayi


         Dünyada bir çox nəqliyyat vasitələri olduğu halda avtomobil nəqliyyatı ən yüksək inkişaf həddinə çatmış nəqliyyat növü sayılır. Avtomobil nəqliyyatının digər nəqliyyat növlərindən əsas üstünlüyü məhz "qapıdan-qapıya" prinsipinin işlənməsidir ki, burada əsas hədəf olaraq insanların rahatlığı düşünülüb.
              Hər il avtomobillərin sayı 50 milyon ədəd artır və təbii hal olaraq Azərbaycanda da bu artım hiss edilir. Əgər 2000-ci ildə Azərbaycanda  avtomobillərin sayı 439.000 ədəd olmuşdursa, 2008-ci ildə  860.000 ədəd, 2016-cı ildə 1.330.551 ədəd, 2017-ci il üzrə 1.352.000 ədəd olmuşdur.
         Əhalisi 10 milyona yaxınlaşan bir ölkədə bu qədər avtomobil sayı çoxdur yoxsa az? Əhalinin mütləq hissəsi say baxımdan bunun çox olduğunu söyləsələr də amma bu heç də belə deyil. Məsələn, Estoniyanın əhali sayı ilə Azərbaycanda avtomobil sayı demək olar eynidir, bəlkə də çoxdur. Bu faktoru nəzərə alaraq bir sıra ekspertlər hər 1000 nəfərə və ya hər 100 nəfərə düşən avtomobil sayı ilə ölkənin əhaliyə düşən avtomobil sayını müəyyən edirlər.
          Apardığım araşdırma zamanı (Post sovet ölkələri üzrə) məlum olub ki, Azərbaycanın tutduğu yer heç bizim gözlədiyimiz kimi yüksəkdə deyil. Ola bilsin ki, bəzi rəqəmləri az və ya çox yazmışam, amma real rəqəmlərə yaxınlaşdırılıb. 
avtomobil-sayi
        Hər 1000 nəfərə düşən avtomobil sayına görə ölkəmiz 12-ci yeri tutub. Statistikadakı rəqəmlərin 2016 olması heç də 2018-ci ildə ciddi dəyişikliklərin olmasına təsir etməyəcək. Məsələn, 2016-cı illə müqayisədə 2017-ci ildə avtomobillərin sayı 1.6% artıb ki, 1-3% aralığında bu ölkələrdə artımın olması mümkündür.
Avtomobil sayının az olmasının bir sıra səbəblərini qeyd edə bilərik:
1. Gömrük rüsumlarının fantastik səviyyədə yüksək olması. Təsəvvür edin ki, rüsumlar avtomobilin qiymətindən xeyli yüksəkdir və bu qiymərt artımına təsir edir.
2. Əhalinin gəlir səviyyəsinin aşağı olması və Cini əmsalının yüksək olması
3. Avtomobillərin saxlanma xərclərinin yüksək olması (ehtiyat hissələri hamısı idxal olunduğu üçün)
4. Yanacağın qiymətində davam edən artımlar.
5. Tıxaclarda çox dayanma, sürücülük mədəniyyətinin aşağı səviyyədə olması
6. Avtomobil kreditlərinin əlçatan olmaması.
.
Azərbaycanda avtomobil sayını 2.5-3 milyona çatdırmaq mümkündür. Kimlər üçün bu qeyri-real görünsə də amma bunu etmək mümkündür. Bunun üçün:
1.Azərbatcan ÜTT-yə üzv edilməlidir. Bu bizə gömrük və vergi rüsumlarını dəfələrlə aşağı salmasına təsir edəcək.
2. Yanacağın qiyməti heç bir səbəb və bəhanə olmadan aşağı salınmalıdır. 
3. Daha çox avtomobil daha çox vergi daxil olması deməkdir. Hökümət bunu nəzərə alsa daha çox qazanacaq. 
4. Avtomobil kreditlərini bərpa edib+əlçatan etmək. Bu yeni alıcıların formalaşmasına gətirib çıxardacaq.
5. Yüngül mühərrikli avtomobillərin (mühərrik gücü 2000m3 kimi olan) vergisini 2 dəfə azaldıb gömrük rüsümlarını 0 etmək.
6. Yerli avtomobil istehsalını stimullaşdırmaq. (AzSamand və Naz Lifan kimi uğursuz layihələr yox) Ən azından xarici brend avtomobilin isteshalına şəraitin yaradılması. Bu həm yeni iş yerləri həm də idxalın azalması deməkdir. Məsələn Rusiya bəzi Yapon avtomobillərin istehsalını həyata keçirir.
7. Yol polisində olan bürokratik prosedur olan xidmətləri ASAN Xidmətə vermək. Gürcüstanda artıq avtomobil nömrəsini onların "ASAN xidmətində" almaq mümkündür. 

Yəni deyirsiz ki,  bizdə bu alınmaz? Təbii ki, ALINAR , indiki texnologiya buna imkan verir. 




Yorum Gönder

0 Yorumlar