Bankların risk əmsalı göstəriciləri (SİYAHI)


 
        Manatın devalvasiyası və neftin qiymətinin düşməsindən sonra  bank sektoru iflic vəziyyətə düşdü . 2015-ci ilin dekabr devalvasiyasından sonra bankların sayı 44-dən 30-a , bank aktivlərin həcmi 32 milyarddan 27 milyarda düşdü ( ABB-nin sağlamlaşdırılması prosesi ilə bağlı ) . Həmçinin kadr potensialına ciddi ziyan dəydi və bank sektorunda çalışanların sayı 21000-dən(2015)  16180 nəfərə (2018) kimi düşdü .
        Problemli kreditlərin həcmində ciddi artımlar oldu və onun həcmi 1.9 milyarda kimi qalxdı . Problemli kreditlərin artımı bankların aktivlərin risk göstəricilərinin artımına səbəb oldu və ehtiyata ayırmaların həcmini artımaqla səhm kapitalını "yeməklə" vəziyyətdən çıxmalı oldular .
        Problemli kreditlərin artımı  I dərəcəli kapitalın və məcmu kapitalın adekvatlıq əmsalların faizinə də ciddi təsir göstərdi . MBNP bankları bağlayarkən məhz bu amili nəzərə alırdı və bağlanan banklar hətta Mərkəzi Bankın miminal normativlərinə belə cavab vermirdi (I dərəcəli kapital min.5% , Məcmu kapital min.10%) . 
           2017-ci ilin sonunda DəmirBankın qəflətən bağlanması insanların bank sektoruna təzəcə bərpa olunan inamına da zərbə vurmuş oldu . İnsanları bir sual düşündürür ki , növbəti hədəf kimdir ?
Bəzi insanlar düşünür ki , bank rübü və ya ili zərərlə başa vurursa demək bağlanacaq . Əslində bu belə deyil  . 
         Çox təəsüf ki , hələ də bağlanma ehtimalı olan 4 bank bazarda qalmaqdadır ( AGBank , Accessbank ,Bank of Baku ,Bank Respublika ) . Bunu nəzərə alaraq Azərbaycan banklarının 2018-ci ilin 1 yanvar tarixə olan bankların bağlanmasında mühüm faktor olan adekvatlıq əmsalını sizə təqdim edirəm 
Qeyd etmək istərdim ki , bu məlumatlar bankın maliyyə hesabatlarından götürülüb .

Cədvəl : Bankların adekvatlıq göstəriciləri 


BanklarAdekvatlıq əmsalı 01.2018 I dərəcəli kapital  norma 5%Adekvatlıq əmsalı  01.2018 Məcmu kapital  norma 10%
1. “ACCESSBANK” QSC3.39%6.38%
2. “AFB BANK” ASC-------
3. "AGBank” ASC6.6%8.15%
4. “Amrahbank”  ASC13.4%20.1%
5. “AtaBank”  ASC19.7%20.8%
6. “Azərbaycan Beynəlxalq Bankı” ASC20.8%17.1%
7.“Azərbaycan Sənaye Bankı” ASC16.3%17.2%
8. “Azər-Türk Bank” ASC26%27%
9. “Bank Avrasiya” ASC53.5%61.5%
10. “Bank of Baku” ASC3.8 %7.31%
11. Bank “BTB” ASC 27.2%28.5%
12. “Bank Respublika” ASC5.47%8.26%
13. Bank VTB (Azərbaycan)38.2%57.7%
14. “Expressbank” ASC36%39%
15. “GünayBank“ ASC35.4%39%
16 ASC “XALQ” Bankı12.1%14.3%
17 “Kapital Bank” ASC9.8%16.61%
18. “Muğanbank” ASCTeqribi 16-19%Teqribi 22-25%
19. “NBCBank” ASC27%29%
20. “NİKOYL” İKB ASC17%25%
21. “Rabitəbank” ASC20.5%29.7%
22.  “TURANBANK” ASC14.7%19.1%
23.  “UNİBANK” Kommersiya Bankı” ASC7.7%13.60%
24. “Yapı Kredi Bank Azərbaycan” QSC16.3%20.5%
25. "Ziraat Bank Azərbaycan" ASC 25.1%27.6%
26. Pakistan Milli Bankının Bakı Filialı30%30%
27. “Naxçıvanbank”  ASC----------------
28. Melli İran Bankı Bakı filialı83%131%
29. “Paşa Bank” ASC19%15%
30. BANK SİLK VEY ASC11%13%

Yorum Gönder

0 Yorumlar