Azərbaycanda MBA təhsili - soyğunçuluq metodu yoxsa peşəkarların yetişdirdiyi mərkəz ?


AR Konstitusiyasında hərkəsin təhsil almaq hüququ öz əksini tapıb . Təbii ki, 11 illik təhsil məcrubi olsada , ali təhsil almaq isə vətəndaşların özünün verdiyi qərardır . Azərbaycanda ali təhsil almaq valideynlərin hər bir övladı üçün qoyduğu ən əsas tələbdir . Təəsüf ki , " Ali təhsil almasan , diplomun olmasa gələcəyin olmaz . " prinsipi hələ də yaşamaqdadır . Hətta bu prinsip magistr pilləsinə də gedib çıxıb . Son zamanlar MBA üzrə təhsil almaq istəyənlərin sayı artır . 
Buna əsas 2 səbəb var: 
1) MBA diplomu əldə etmək  2) Prestij . 
1cinin üzərində çox dayanmaq istəmirəm , çünki MBA bütün dünyada sertifikat kimi qəbul edilir . Bir şərtlə diplom verilir ki , gərək sən bir mövzu götürüb onun müdafiəsini edəsən . Dünyanın aparıcı universitetlərində MBA üzrə oxuyanların 80 faizi biznes və idarəçilik sistemində uğur qazanan şəxslər olur .  
Prestij məsələsində dayanmaq istəyirəm . Ölkəmzdə vəziyyət tam fərqlidir . MBA sistemi üzrə oxuyanlar bakalavrlər 3 yerə bölünür :
1) Prestij məqsədilə oxuyan bakalavrlar  ( camaatın uşağı MBA-da oxuyur mən də oxuyum )
2) İngilis dili öyrənmək məqsədilə MBA-da oxuyan bakalavrlar
3) İxtisas seçimi zamanı buraxdığı səhvi düzəltmək məqsədilə MBA-da oxuyan bakalavrlar (Məsəlçün Dil , müəllimlik , neft-qaz üzrə oxuyub sonradan peşmançılıq hissi çəkərək ixtisasını dəyişən bakalavrlar)
MBA-ya qəbul necə olur ?
Oxuduğu ixtisasdan asılı olmayaraq hər bir tələbə MBA pilləsində təhsil ala bilər . Magistratura pilləsində MBA ixtisasları  56 №  proqram adı altında yerləşib . I turda 45 bal II turda minimal 20 bal yığmaqla MBA-ya tam rahat fikir çəkmədən qəbul ola bilərsiz . Sadəcə bir şey lazımdır : O da PUL - varsa deməli rahat MBA ixtisaslarını yaza bilərsiniz .
Fikirləşə bilərsiniz ki , MBA ixtisaslarına qəbul zamanı ingilis dili vəya iş təcrübəsi tələb olunur  , amma bu əsla belə deyil . Azərbaycanda MBAya qəbul üçün bir fənni yazmaq kifayət edir : O da Riyaziyyat . Bu fənni deyəndə universitetlərdə keçirilən Ali riyaziyyat  yox , məhz məktəbdə keçdiyimiz fənni nəzərdə tuturam .
Bu cür nüfuzlu ixtisaslara  belə bir ASAN qəbulun bir sıra səbəbləri ola bilər :
1) Əgər DİM və Təhsil Nazirliyi MBA-ya qəbul şərtlərini çətinləşdirsə (məsəlçün balları qaldırsa və ya yeni fənnlər əlavə etmək şərtilə fənnlərin çətinlik səviyyəsini artırsa ) onda heç bir bakalavr MBA-ya daxil olmaz və bu da universitetlərin gəlirlərini azaltmış olacaq
2) Daha çox tələbə cəlb etmək - Dediyim kimi MBA-ya ixtisas limiti olmadan hamı qəbul ola bilər . Əgər DİM ixtisaslar siyahısında ancaq iqtisadiyyat yönümlü ixtisasları saxlasa onda auditoriyalar boş qalacaq və universitetlər "AC" qalacaq
3) Əvvəl dediyim prestij və valideyn təzyiqi . Çox təəssüf bəzi valideynlər 21-22 yaşlı tələbələrə də təzyiq etməyi yaddan çıxartmır . Filankəs MBA-da oxuyur sən də get oxu .
4) Digər dövlətlərdə MBA-ya qəbulun çox ağır və yüksək təhsil haqqı tələb etməsini bilərək Təhsil Nazirliyi məhz Riyaziyyat fənni ilə qəbulu elan edərək tələbələrə şüuraltı təsir göstərir ki , baxın bizdə qəbul çox asan başqalarında isə çətindir .


Azərbaycanda mövcud MBA-nın bir sıra çatışmamazlıqları var ki , sırf buna görə MBA-da oxumaq həm 2 illik vaxt itkisidir həm də pulun göylərə sovrulmasının əsas mənbəyidir : 
1) MBA-ya qəbul zamanı iqtisadiyyat üzrə oxuyanlarla yanaşı həm də qeyri-iqtisadiyyat ixtisaslı tələbələr də daxil olur ki , bu da tədrisin keyfiyyətinə birbaşa təsir edir . Özüdə MƏNFİ .
2) MBA-nın bir sıra normaları var ki , bunlardan biri ingilis dilində tədrisin aparılmasıdır . Amma ölkəmizdə çox təəssüf ki , bəzi universitetlər öz büdcələrini doldurmaq üçün Azərbaycan və rus dilində də tədrisi həyata keçirirlər . Hətta Magistr 4 jurnalına baxdıqda Azərbaycan dilində MBA-nın qəbul planı ingilis dilindən də çox olur .
3) MBA-nın İngilis bölməsinə daxil olan tələbələrin 30 %-i  ingilis dilini elementary , uzağı pre-intermediate səviyyədə , 65 %-i isə  beginner səviyyədə bilir ki , bu da öz növbəsində tədrisin keyfiyyətinə mənfi təsir göstərir .
Tutaq ki , müəllim How factory influence to our enviroment in Azerbaijan ? sualı verdikdə 2 vəziyyət yaranacaq : 1. Tələbə əgər qeyri-iqtisad yönümlüdürsə sualın mahiyyətini bilmədiyinə görə  susacaq  2. Tələbə əgər iqtisad yönlüdürsə onda sualı bilir ancaq ingilis dilində cavab verə bilməyəcək .
Müəllim də belə bir vəziyyəti görərək dərsi sadəcə diyib çıxıb gedəcək və həmin tələbələrin 90 faizi kəsrsiz unini bitirib "diplomlarını" alacaqlar .
4) El arasında  deyilir ki , "MBA-da oxuyanın kəsri olmur girməyinlə qurtarmağın bir olur"  . MBA sistemini dəstəkləyən bütün universitetlər əksər hallarda tələbələri kəsrə salmağa çalışmır . Əgər kəsrə salsa onda tələbə MBA-nın lazımsız və köhnə baloniya sistemində  olduğunu dərk edəcək və digər tələbələrə də MBA-ya getməyi məsləhət görməyəcək .
5) DİM və Təhsil Nazirliyi MBA sistemində keyfiyyət yox kəmiyyət faktorunu əsas tutur . Daha peşəkar menecerlər yox sırf "MBA təhsili alsın pulunu versin , vəssalam" prinsipi ilə baxır .
6) Çox təəssüf ki , MBA-nın mahiyyətini bir çox tələbələr anlamır , MBA-ya sıradan bir ixtisas kimi baxırlar. Maariflənmə 0 səviyyədə olduğuna görə MBA haqda dərin məlumat əldə edə bilmirlər .
7) Azərbaycanın biznes mühitində  inhisarçılıq geniş yayıldığından MBA-nı qurtarmaq heç də sizin biznes qurmağınız anlamına gəlmir . Ola bilsin ki , MBA-nı qurtarmaq  sizin  karyeranıza 10 % təsiri olacaq amma sizin biznesmen və ya CEO olacağınız demək deyil .

İndi isə bir sıra təkliflərimlə məqaləni yekunlaşdırmaq istəyirəm ...

Azərbaycanın indiki iqtisadi şəraitinə baxdıqda bir sıra kadrlara ehtiyacın olduğu hiss edilir : İT , Risk və Maliyyə Menecerləri və s . Ölkəmizdə MBA sisteminin bu cür kadr yetişdirdiyini mən tam dəqiq deyə bilmərəm , amma Təhsil Nazirliyi doğurdan da MBA üzrə keyfiyyətli kadr yetişdirmək istəyirsə onda kəmiyyət faktorundan uzaq olmalı keyfiyyəti üstün tutmalıdır , yoxsa ki ,
5 minə yaxın tələbənin birləşdiyi MBA ordusu kimə lazımdır ? 
MBA ilə bağlı bir sıra təkliflər də vermək istəyərdim .
1. Əgər MBA-ya qəbul 5-ci sinif cəbr və həndəsəsini yazmaqla kifayət edirsə onda MBA-nın keyfiyyəti barədə cavabı da almış olursuz .
2. Əgər ingilis dilini öyrənmək məqsədilə MBA-ya qəbul olursuzsa onda 6000 AZN pul tökməyə ehtiyac da yoxdur . Qarşınıza hədəf qoymağınız yetər . ( İngilis dilinin öyrənmə metodlarını məndən də yaxşı bilirsiniz )
3. MBA-nı öyrənmək istəyirsinizsə Josh Kaufmanın "MBA - Master The Art Of Business" kitabını almağınız kifayətdir . Amazonda bu kitabın qiyməti 18.16 dollar + Tranzit xərci də saysaq lap olsun 20 dollar ...  20 dollar hara ( 20 dollar = 34 AZN ) 6000 AZN hara ?
4. MBA-ya qəbul zamanı qətiyyən Azərbaycan və rus dilli MBA ixtisaslarını seçməyin !! Bu bir növ 26-cı proqram olan İqtisadiyyat proqramının analoqudur .
Qeyd olaraq demək istəyirəm ki , bu məqalə ilə sizi həvəsdən salmaq istəmirəm . Əgər qəbul olmaq istəyirsinizsə o sizin şəxsi işinizdir . Uğurlar sizə ! :))

Yorum Gönder

0 Yorumlar