İngilis dili ilə yola getməyən Azərbaycan .

 
Qloballaşan dünyada dil öyrənmək ən vacib faktorlardan biridir . BMT tərəfindən beynəlxalq dil statusunda 6 dil tanınır : ərəb , fransız , ingilis , ispan , çin , rus . Bu dillər arasında ən geniş yayılan da təbii ki , 1.5 milyard insanın danışdığı ingilis dilidir və bu dili bilən demək olar dünyanın 4 bir tərəfinə rahat çıxış əldə edir . 

      Bəs görək ölkəmizdə bu dilə maraq nə yerdədir . World Economic Forumun açıqladığı hesabatda ölkəmizin ingilis dilinə olan "marağı" açıq-aşkar göstərir . Azərbaycan ingilis dilinə sahiblik dərəcəsinə görə Avropada ən axırıncı yeri tutur . Bunun bir çox obyektiv və subyektiv səbəbləri var ki , bu səbəbləri oxuyandan sonra ölkəmizin axırıncı yer tutmasını normal qarşılaya bilərik :
1) ölkənin orta ümumtəhsil məktəblərində ingilis bölmələrinin olmaması ya da ingilis dilini danışıq səviyyəsində yox məhz qrammatik səviyyədə öyrədilməsi

2) insanların xüsusən paytaxt Bakıda xarici dil olaraq rus dilini "beynəlxalq" dil kimi görməsi və biznes , sosial mühitdə ingilis dili yox məhz rus dilinə üstünlük vermələri 
3) ingilis sektoru Bakıda ancaq özəl məktəblərdə mövcud olması və oradakı təhsil haqlarının kifayət qədər yüksək olması ( Baku Oxford School , British School və s. minimum 6000 dollardan başlayır )

4) Conversation clubların çox az olması . Hal-hazırda daimi fəaliyyət göstərən conversation club kimi İB Club bazarda özünü monopolist kimi aparır . ama İB Clubun da bir problemi var o da ki, 4 milyonluq Bakıda 2 filialın ( Baspian Business Center , Əhmədli ) , Sumqayıtda 1 filialın olması 

5) Regionlarda ingilis dilinə olan marağın 0 səviyyədə olması , conversation clubların olmaması . Çətini Bakıdan kənara çıxdıqsa bu vəziyyəti görə bilərik

6) Universitetlərdə ingilis dilini 1smestr özüdə başdansovdu kimi keçmələri . Az rus bölməsində oxuyanlar bu hallarla rastlaşıb . 

7) Ən əsası ingilis dilini elektron səviyyədə öyrədən bir dənə də olsun azdilində elektron resursun olmaması . Misalçün , ən azından Oxford Advanced Dictionary lüğətini az dilinə tərcümə etmək olardı rahatlıq üçün , necəki elektron versiyada Playstore-da həmin lüğətin rus-ingilis versiyası var . 

8)Son 3-4 ildə ingilis bölmələrinin universitetlərə inteqrasiyası sürətlənsə də çox sayda universitetlərin bundan istifadə etməsi . Qeys edək ki , Sırf ingilisdilli universitetlər 3 dənə ( Bakı Ali Neft Məktəbi , ADA Universiteti , Fransa-Azərbaycan Universiteti ) , ingilis sektoru olan universitetlərin sayı (ADİU , AU , Qafqaz Uni , Xəzər , ADNSU , SABAH qrupu olan universitetlər , Qərb Uni ,BDU ) olması . region universitetlərində mövcud olmaması 

9) Orta və yaşlı nəslin bu dili bilməməsi ən azından evdə gündəlik ingilis dilində ünsiyyət qurmağımıza çətinlik yaradır .(ya da bacı-qardaş varsa onunla danışmaq yoxdursa özün özünlə danışmaq .)

10) Əmək bazarında olan vakasiyaların 60 faizində ingilis dilinin tələb kimi qoyulmaması . 

11) Geosiyasi vəziyyət . Siyasi xəttin qərbə yox məhz şərqə (əsas da Rusiya ) tərəf qoyulması . 

12) Devalvasiyadan sonra xarici investorlu şirkətlərin ölkəni tərk etməsi . 

13) Əgər saytda öyrətmək mümkün deyilsə heç olmasa sosial şəbəkələr vasitəsilə (Facebook ,Youtube , Linkedİn , Telegram Çat Bot ) öyrətmək olar o da çatışmır . 

14) İngilis dilinə marağın məhz beynəlxalq yarışlar və tədbirlər vasitəsilə artırılması (Eurovision 2012 , Baku 2015 , Baku 2017 , Formula 1 , İnternational Forum )

15) Xaricdə təhsil alan gənclərin çox cüzi hissəsinin ölkəyə qayıtması və beyin axının xaricə inteqrasiyası .və s. 
Mənbə: World Economic Forum  

Yorum Gönder

0 Yorumlar